Odlar Yurdu Universitetinin tələbəsi beynəlxalq elmi konfransda uğur qazanıb

19 Mart, 2026

Odlar Yurdu Universitetinin tələbəsi beynəlxalq elmi konfransda uğur qazanıb

“Nature & Science” jurnal bazasında təşkil edilən Biologiya elmləri üzrə I Beynəlxalq Elmi Konfrans 2026 çərçivəsində Odlar Yurdu Universitetinin tələbəsi mühüm elmi nailiyyət əldə edib.

Universitetin Təbiət və Texnologiya fakültəsinin Biologiya ixtisası üzrə 846 saylı qrup tələbəsi, eyni zamanda Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Həsən Qurbanlı konfransda “Telomerlər, telomeraza və qocalma: hüceyrə biologiyasında əsas mexanizmlər” mövzusunda elmi tezis təqdim edib.

Təqdim olunan elmi işin rəhbəri Təbiət və Texnologiya fakültəsinin dekanı, dosent Sevinc Məhərrəmova olub. Elmi tezis AGRIS beynəlxalq elmi bazasında indekslənib ki, bu da aparılan tədqiqatın elmi əhəmiyyətinin və aktuallığının göstəricisidir.

Konfrans çərçivəsində göstərilən yüksək elmi fəaliyyətə görə həm tələbə Həsən Qurbanlı, həm də onun elmi rəhbəri Sevinc Məhərrəmova beynəlxalq sertifikatla təltif olunublar.

Odlar Yurdu Universiteti olaraq müəllifi və elmi rəhbərini bu uğur münasibətilə təbrik edir, onlara gələcək elmi fəaliyyətlərində daha böyük nailiyyətlər arzulayırıq.