Odlar Yurdu Universitetinin Tələbə Elmi Cəmiyyətinin sədr müavini, Humanitar təhsil və dillər fakültəsinin Psixologiya ixtisası üzrə 3-cü kurs (33P qrup) tələbəsi Ayan Əliyeva beynəlxalq səviyyəli uğura imza atıb.
12–13 mart 2026-cı il tarixlərində Təhsildə Keyfiyyətin Təminatı üzrə Müstəqil Agentlik (IQAA) tərəfindən beynəlxalq proqram akkreditasiyası çərçivəsində Bakı Dövlət Universitetinə xarici ekspert komissiyalarının səfəri həyata keçirilib. Səfər zamanı universitetdə 14 magistr təhsil proqramı üzrə kompleks qiymətləndirmə aparılıb, tədris prosesi, keyfiyyətin idarə olunması sistemi və elmi-tədqiqat fəaliyyəti geniş şəkildə araşdırılıb. Ayan Əliyeva bu prosesdə ekspert qrupunda tələbə nümayəndəsi kimi fəal iştirak edib. Onun aktiv iştirakı və töhfəsi yüksək qiymətləndirilib və nəticədə IQAA tərəfindən “Letter of Appreciation” – təşəkkür məktubu ilə təltif olunub.
Odlar Yurdu Universiteti olaraq tələbəmiz Ayan Əliyevanı təbrik edir, gələcək fəaliyyətində daha böyük nailiyyətlər arzulayırıq.