Odlar Yurdu Universitetində müəllimlər üçün "Fireland Startup Bootcamp" proqramı

15 Yanvar, 2026

Odlar Yurdu Universitetində müəllimlər üçün "Fireland Startup Bootcamp" proqramı

Odlar Yurdu Universitetinin Startap və inkubasiya mərkəzi müəllimlərimizin akademik təcrübəsini müasir innovasiya metodologiyaları ilə zənginləşdirmək məqsədilə "Fireland Startup Bootcamp" proqramını təqdim edir!
Bu proqram müəllimlərin startup ekosistemində peşəkar mentor kimi formalaşması və tələbə ideyalarının biznesə çevrilməsi prosesində yaxından iştirak etməsi üçün nəzərdə tutulub.

Proqram nələri vəd edir?

Akademik biliklərin real biznes mühitinə inteqrasiyası;
Design Thinking və Lean Startup kimi müasir metodologiyaların mənimsənilməsi;
Tələbə layihələri üçün effektiv mentorluq və kouçinq bacarıqlarının qazanılması;
Universitetin innovasiya ekosisteminin fəal üzvünə çevrilmək imkanı.

Tarix: 20–30 yanvar 2026
Format: Hibrid (Offline + Online)
İştirakçı sayı: Cəmi 10 nəfər (seçim əsasında)Odlar Yurdu Universitetində Müəllimlər üçün "Fireland Startup Bootcamp" Proqramı
Qeydiyyat linki: https://forms.gle/C5wNNp9G3amF96CV6