Odlar Yurdu Universitetində tələbə ifasında xalq mahnısı

26 Yanvar, 2026

Odlar Yurdu Universitetində tələbə ifasında xalq mahnısı
Odlar Yurdu Universitetinin İqtisadiyyat və idarəetmə fakültəsinin Turizm işinin təşkili ixtisasının 3-cü kurs tələbəsi, eyni zamanda Odlar Yurdu Universitetinin Tələbə Həmkarlar İttifaqı Komitəsinin üzvü Səməd Xalid Muradov Azərbaycan xalq mahnısı “Küçələrə su səpmişəm” ifası ilə çıxış edib.
Tələbənin ifası, milli musiqi irsinin gənc nəslə tanıdılması və tələbələrin mədəniyyət sahəsindəki yaradıcılıq təşəbbüslərinin dəstəklənməsi məqsədilə həyata keçirilib. Səməd Muradovun səmimi və peşəkar ifası, mahnının melodik və ritmik xüsusiyyətlərini yüksək səviyyədə əks etdirir.
Odlar Yurdu Universiteti tələbələrin yaradıcılıq təşəbbüslərini daim dəstəkləyir və onların milli mədəniyyətimizi tanıtmaq istiqamətindəki fəaliyyətlərinə geniş platformalar yaradır. Bu ifa isə tələbələrin musiqi irsinə olan həvəsini və yaradıcı potensialını parlaq şəkildə nümayiş etdirir.