Odlar Yurdu Universitetinin Təbiət və Texnologiya fakültəsinin Biologiya ixtisası üzrə III kurs tələbəsi İlahə Osmanova Biologiya və Ekologiya kafedrasının baş müəllimi Münəvvər Səfərovanın elmi rəhbərliyi ilə 27–30 yanvar 2026-cı il tarixlərində keçirilən, İKSAT Türkiyə və Odlar Yurdu Universitetinin birgə təşkil etdiyi “MEETCON-AZERBAYCAN ULUSLARARASI SOSYAL VE BEŞERİ BİLİMLER KONGRESİ” adlı beynəlxalq konqresdə iştirak etmişdir.
Tələbə konqresdə “Gənclərdə ürək-damar xəstəliklərinin profilaktikasında dərman bitkilərinin rolu” mövzusunda elmi məqalə ilə çıxış etmişdir.