28 yanvar 2026-cı il tarixində Odlar Yurdu Universitetində Tədris-Metodiki Şuranın növbəti iclası keçirilmişdir. Tədris işləri üzrə prorektor, dosent Qabil Qafarovun rəhbərliyi ilə keçirilən görüşdə universitetin tədris sisteminin daha da modernləşdirilməsi və mövcud potensialın optimallaşdırılması məsələləri əsas müzakirə mövzusu olmuşdur. İclas çərçivəsində yaz semestrinə hazırlıq, kafedraların fəaliyyət effektivliyinin artırılması və tədris prosesində tələbə rəyinin tətbiqi mexanizmləri barədə fikir mübadiləsi aparılmışdır. Qəbul edilən qərarlar universitetin müasir təhsil standartlarını rəhbər tutaraq tələbələrin gələcək karyera hazırlığını daha üst səviyyəyə daşımaq və tədris mühitini qlobal trendlərə uyğun şəkildə təkmilləşdirmək məqsədi daşıyır.