Odlar Yurdu Universitetinin İnformasiya texnologiyaları və informasiya təhlükəsizliyi kafedrasının təşkilatçılığı ilə “Universitet təhlükəsizliyinin təmin edilməsi üçün informasiya-analitik sisteminin hazırlanması” mövzusunda elmi təqdimat baş tutub.
Tədbirdə dosent Aydın Hüseynov çıxış edərək ali təhsil müəssisələrində informasiya təhlükəsizliyinin əhəmiyyətindən, risklərin idarə olunması və analitik sistemlərin tətbiq imkanlarından bəhs edib. O, müasir dövrdə universitetlərin rəqəmsal mühitdə üzləşdiyi təhlükələrə qarşı kompleks və sistemli yanaşmanın vacibliyini vurğulayıb.
Təqdimat zamanı informasiya resurslarının qorunması, daxili təhlükəsizlik mexanizmlərinin gücləndirilməsi və analitik modellərin praktik tətbiqi ilə bağlı fikirlər müzakirə olunub. Tədbir iştirakçıların mövzu ətrafında sualları və fikir mübadiləsi ilə davam edib.