Odlar Yurdu Universitetinin Biologiya və Ekologiya kafedrasında t.ü.f.d. Dəmirov Azər tərəfindən elmi seminar keçirilmişdir. Seminar çərçivəsində məruzəçi “Əlin əzələ-sinir aparatının anatomik xüsusiyyətləri” mövzusunda çıxış etmişdir.
Məruzədə insan əlinin əzələ və sinir aparatının anatomik quruluşu, funksional xüsusiyyətləri, hərəkət mexanizmləri və bu strukturların klinik əhəmiyyəti elmi əsaslarla izah olunmuşdur. Əlin mürəkkəb anatomik quruluşunun gündəlik fəaliyyətlərdə və tibbi praktikada rolu xüsusi vurğulanmışdır.
Seminar zamanı mövzu üzrə aktual elmi yanaşmalar təqdim edilmiş, praktik nümunələr əsasında izahlar verilmişdir. Məruzə müəllim və tələbələrin böyük marağına səbəb olmuş, təqdimatdan sonra suallar cavablandırılmış və elmi müzakirələr aparılmışdır.
Keçirilən seminar kafedrada anatomiya və fiziologiya sahəsində biliklərin artırılması baxımından əhəmiyyətli olmuşdur.