Azərbaycan Gənclər Fondu tərəfindən Azərbaycan Gəncləri Gününə həsr olunaraq keçirilən “GəncVİZYON” Ideathonunun final mərhələsində Odlar Yurdu Universitetini təmsil edən “Hexra” komandası özlərinin “KutleWe” layihəsi ilə 3-cü yerə layiq görülmüşdür.
Komanda kapitanı: Şıxı İbrahimov (760 IITS)
Komanda üzvü: Ayan Əliyeva (33P)
Tələbələrimiz layihəni yüksək səviyyədə təqdim etmiş, münsiflər heyətinin suallarını peşəkar şəkildə cavablandırmışlar.
Bu uğurun əldə olunmasında Odlar Yurdu Universitetinin Startap və İnkubasiya Mərkəzinin rəhbəri Rəvanə Göyüşlünün mentorluğu və inkişaf dəstəyi mühüm rol oynamışdır.
Qeyd edək ki, “GəncVİZYON” Ideathonu 18–29 yaş arası gənclər üçün təşkil olunan respublika miqyaslı innovasiya yarışıdır. Tədbirdə 240-dan çox gənc 40 komanda tərkibində iştirak etmiş, onların arasından seçilən 10 komanda final mərhələsinə vəsiqə qazanmışdır. Finalda isə ən uğurlu 3 komanda mükafatlandırılmışdır.
Odlar Yurdu Universiteti tələbələrinin innovasiya və sahibkarlıq ruhu bir daha öz təsdiqini tapdı.