TEDxOdlarYurduUniversity - Dünyanı dəyişən ideyalar Odlar Yurdu Universitetində!

10 Fevral, 2026

TEDxOdlarYurduUniversity - Dünyanı dəyişən ideyalar Odlar Yurdu Universitetində!

Odlar Yurdu Universiteti beynəlxalq nüfuzlu TEDx platformasını keçirmək üçün rəsmi lisenziya əldə edib. “İngilis dilində tədrisin təşkili” fakültəsinin təşəbbüsü ilə reallaşan bu layihə universitetimizi qlobal intellektual ideyalar şəbəkəsinin bir parçasına çevirir.

6 mart 2026-cı il tarixində keçiriləcək tədbirdə məşhur qırmızı dairə gələcəyi formalaşdıran ideyalara, elmi yeniliklərə və ilhamverici uğur hekayələrinə ev sahibliyi edəcək.

Tədbirlə bağlı danışan İngilis dilində tədrisin təşkili fakültəsinin dekanı, PhD Aydın Əliyev bildirib ki, TEDx layihəsi insanların tənqidi düşüncə, yaradıcılıq və qlobal baxış imkanlarının inkişafına mühüm töhfə verəcək.