Odlar Yurdu Universiteti müəllifləri- İdarəetmə Şurasının sədri professor Samir Vəliyev və Beynəlxalq Münasibətlər kafedrasının müdir müavini Səbinə Əliyeva tərəfindən hazırlanmış "Tarixi və Mədəni Turizm" adlı dərslik işıq üzü görüb.
Yeni nəşr tarixi və mədəni turizm sahəsində nəzəri biliklərin və praktik yanaşmaların sistemli şəkildə təqdim olunmasını məqsəd qoyur. Dərslikdə dünya və Azərbaycan mədəni irsinin turizm baxımından əhəmiyyəti, tarixi abidələrin turizm resursu kimi rolu, mədəni marşrutların təşkili, həmçinin müasir turizm tendensiyaları ətraflı şəkildə təhlil edilmişdir.
Müəlliflər tərəfindən hazırlanan dərslik ali təhsil müəssisələrinin tələbələri, magistrantları, turizm sahəsində çalışan mütəxəssislər və tədqiqatçılar üçün faydalı elmi mənbə hesab olunur.
Nəşr həm turizm təhsilinin inkişafına, həm də Azərbaycanın zəngin tarixi-mədəni irsinin təbliğinə töhfə vermək məqsədi daşıyır. Odlar Yurdu Universiteti yeni dərsliyin müəlliflərini təbrik edir, onların gələcək elmi və akademik fəaliyyətlərində uğurlar arzulayır.
İnformasiya və ictimaiyyətlə əlaqələr departamenti
(+994 55) 465 85 27