OYU-da gənclərin məşğulluğu və HR siyasəti mövzusunda elmi-metodik seminar keçirilib

15 May, 2026

15
OYU-da gənclərin məşğulluğu və HR siyasəti mövzusunda elmi-metodik seminar keçirilib

15 may 2026-cı il tarixində Odlar Yurdu Universitetində İqtisadiyyat və iqtisadi münasibətlər kafedrasının müəllimi Rəhimə Şamilova tərəfindən “Роль HR политики компаний в снижении уровня безработицы среди молодёжи в Азербайджанской Республике” mövzusunda elmi-metodik seminar keçirilmişdir.

Seminarda Azərbaycan Respublikasında gənclər arasında işsizliyin azaldılması istiqamətində şirkətlərin insan resursları siyasətinin əhəmiyyəti, əmək bazarının müasir tələbləri, eləcə də HR idarəçiliyinin aktual istiqamətləri geniş müzakirə olunmuşdur. Tədbir çərçivəsində gənclərin məşğulluq imkanlarının artırılması, peşəkar bacarıqların inkişaf etdirilməsi və əmək bazarına inteqrasiyası məsələlərinə xüsusi diqqət yetirilmişdir.

Seminarda kafedranın professor-müəllim heyəti, əməkdaşlar və əyani təhsil alan doktorantlar iştirak etmişdirlər. İştirakçılar mövzu ətrafında fikir mübadiləsi apararaq insan resurslarının idarə olunması sahəsində müasir yanaşmalar barədə müzakirələr həyata keçirmişlər.

Tədbirin sonunda seminar iştirakçıları tərəfindən mövzu ilə bağlı suallar cavablandırılmış və elmi-metodik seminarın əhəmiyyəti vurğulanmışdır.