OYU-da “Şəhərsalma və Memarlıq İli”nə həsr olunmuş “GREENCODE – 2050” simulyasiyası keçirilib

16 May, 2026

36
OYU-da “Şəhərsalma və Memarlıq İli”nə həsr olunmuş “GREENCODE – 2050” simulyasiyası keçirilib

15 may 2026-cı il tarixində Odlar Yurdu Universitetində Təbiət və Texnologiyalar fakültəsi və Tələbə Gənclər Təşkilatının birgə təşkilatçılığı ilə “Şəhərsalma və Memarlıq İli”nə həsr olunmuş “GREENCODE – 2050” adlı simulyasiya həyata keçirilmişdir.

Tədbirin əsas məqsədi iştirakçıların gələcəyin şəhər modelləri, ekoloji davamlılıq, innovativ texnologiyalar və yaşıl memarlıq sahəsində bilik və bacarıqlarının inkişaf etdirilməsi, yaradıcı və analitik düşüncə qabiliyyətlərinin formalaşdırılması olmuşdur. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanmışdır. Açılış nitqi ilə çıxış edən Biologiya və ekologiya kafedrasının müdiri, professor Ramazan Məmmədov layihənin tələbələrin innovativ düşüncə tərzinin formalaşmasında və ekoloji yanaşmaların təşviqində mühüm əhəmiyyət daşıdığını vurğulamışdır.

Daha sonra Təbiət və Texnologiyalar fakültəsinin dekanı, dosent Sevinc Məhərrəmova, müəllim Sevinc Abbasova və Riyaziyyat və rəqəmsal texnologiyalar kafedrasının müdir müavini PhD Cəmilə Əliyeva çıxış etmişlər. Simulyasiya üzrə təlim iştirakçılara müəllim Aytən Vəliyeva tərəfindən təqdim olunmuşdur. Aytən Vəliyeva təqdimatında qlobal ekoloji problemlər, iqlim dəyişkənliyi, su çatışmazlığı, meşələrin azalması, hava və torpaq çirklənməsi, tullantıların idarə olunması və biomüxtəlifliyin qorunması kimi mühüm məsələlərə toxunmuşdur. Təqdimatda ekoloji problemlərin bir-biri ilə qarşılıqlı əlaqədə olduğu, bu proseslərin sosial-iqtisadi sahələrə təsiri və 2026–2050-ci illər üçün mümkün ekoloji risklər geniş şəkildə izah edilmiş, davamlı inkişaf və ekoloji adaptasiya istiqamətində mühüm yanaşmalar iştirakçıların diqqətinə çatdırılmışdır.

Layihələrin hazırlanma qaydaları, təqdimat strukturu və qiymətləndirmə meyarları haqqında isə Odlar Yurdu Universiteti Tələbə Gənclər Təşkilatının Layihələr üzrə sədr müavini Aişə Məmmədli ətraflı məlumat vermişdir.

Simulyasiya çərçivəsində iştirakçılar komandalar şəklində gələcəyin şəhər modeli ilə bağlı innovativ layihələr hazırlayaraq təqdim etmişlər. Tədbirdə “EcoLine”, “EcoRise”, “Caspian”, “Su damlası”, “Green Skyscraper”, “Flora” , “Yaşıl harmoniya” və Go Green komandaları iştirak etmişdir.

 

İnformasiya və ictimaiyyətlə əlaqələr departamenti
(+994 55) 465 85 27