OYU-da doktorantların elmi-tədqiqat fəaliyyətinin attestasiyası keçirilib

15 May, 2026

20
OYU-da doktorantların elmi-tədqiqat fəaliyyətinin attestasiyası keçirilib

2026-cı il mayın 14-də Odlar Yurdu Universiteti-nin “İqtisadiyyat və iqtisadi münasibətlər” kafedrasında doktorantların növbəti attestasiyası təşkil olunub.

Attestasiya prosesi yüksəkixtisaslı elmi kadrların hazırlanması istiqamətində həyata keçirilən akademik fəaliyyətin mühüm tərkib hissəsi olaraq baş tutub. İclas kafedra müdiri, iqtisad elmləri doktoru, professor Elşad Məmmədov-un sədrliyi ilə keçirilib. Tədbirdə Strateji inkişaf və karyera departamentinin rəhbəri Aslan Əzimzadə də iştirak edib. Attestasiya çərçivəsində doktorantların fərdi iş planlarının icra vəziyyəti, elmi-tədqiqat fəaliyyətlərinin dinamikası, əldə olunan nəticələr, elmi nəşrlərdə dərc edilmiş məqalələr və dissertasiya işlərinin gedişatı geniş müzakirə olunub. Təqdim edilən hesabatlar kafedra üzvləri və attestasiya komissiyası tərəfindən akademik tələblərə uyğunluq, obyektivlik və şəffaflıq prinsipləri əsasında qiymətləndirilib.

Qeyd olunub ki, attestasiya prosesi doktorantların elmi fəaliyyətinin səmərəliliyinin artırılması, tədqiqat mövzularının müasir iqtisadi çağırışlara uyğunlaşdırılması və elmi rəhbərlik institutunun təkmilləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Yekunda doktorantlara elmi fəaliyyətlərinin növbəti mərhələlərinin planlaşdırılması, metodoloji yanaşmaların dəqiqləşdirilməsi və gələcək prioritet istiqamətlər üzrə müvafiq tövsiyələr verilib.

Attestasiyada aşağıdakı doktorantlar iştirak ediblər:

▪️ Pünhan Heydərov
▪️ Nigar İbrahimova
▪️ Ayxan Əliyev
▪️ Maykl Arougun Olusavvegun
▪️ Hüseynağa Cəfərzadə
▪️ Kamran Sadıqlı
▪️ Tural Vəliyev

 

İnformasiya və ictimaiyyətlə əlaqələr departamenti
(+994 55) 465 85 27