OYU-da Azərbaycan dilinin qorunması siyasətinə həsr olunmuş iclas keçirilib

15 Fevral, 2026

OYU-da Azərbaycan dilinin qorunması siyasətinə həsr olunmuş iclas keçirilib

“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Azərbaycan dilinin qorunması və inkişaf etdirilməsi siyasəti” mövzusunda iclas keçirilib.

Odlar Yurdu Universitetinin Filologiya və Humanitar Fənlər kafedrasının növbəti iclası baş tutub. İclas “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Azərbaycan dilinin qorunması və inkişaf etdirilməsi istiqamətində həyata keçirdiyi siyasət” mövzusuna həsr olunub. İclas zamanı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dövlət dili siyasəti, Azərbaycan dilinin saflığının qorunması, qloballaşma şəraitində dilimizin mövqeyinin möhkəmləndirilməsi və ədəbi dil normalarının təbliği istiqamətində atılan addımlar müzakirə edilib.

Kafedra müdiri çıxış edərək dövlət başçısının Azərbaycan dilinin inkişafına göstərdiyi diqqət və qayğının elmi-pedaqoji mühit üçün mühüm əhəmiyyət daşıdığını vurğulayıb. Qeyd olunub ki, Azərbaycan dilinin dövlət dili kimi mövqeyinin gücləndirilməsi, dil mədəniyyətinin formalaşdırılması və gənc nəslin ana dilinə bağlılığının artırılması istiqamətində həyata keçirilən tədbirlər strateji əhəmiyyət kəsb edir. İclas çərçivəsində Azərbaycan dili üzrə müəllimlər tərəfindən mövzu ətrafında fikirlər səsləndirilib, ali təhsil müəssisələrində Azərbaycan dilinin tədrisi və tətbiqi ilə bağlı aktual məsələlər müzakirə olunub. Xüsusilə vurğulanıb ki, ana dilinin qorunması milli-mənəvi dəyərlərin yaşadılması və milli kimliyin möhkəmləndirilməsi baxımından xüsusi önəm daşıyır.

Sonda gündəlikdə olan məsələlər üzrə müvafiq qərarlar qəbul edilib.