OYU prorektoru vətəndaş qəbulunda iştirak edib - FOTOLAR

23 Fevral, 2026

OYU prorektoru vətəndaş qəbulunda iştirak edib - FOTOLAR

Dövlət Məşğulluq Agentliyində vətəndaş müraciətləri dinlənilib.

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şuranın sədri, Odlar Yurdu Universitetinin prorektoru, professor Elşad Məmmədov Dövlət Məşğulluq Agentliyində keçirilən vətəndaş qəbulunda iştirak edib. Qəbul Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Hasil Abbasov tərəfindən Bakı şəhərində təşkil olunub. Görüş zamanı vətəndaşların məşğulluq, işlə təminat, sosial müdafiə və digər məsələlərlə bağlı müraciətləri dinlənilib.

Elşad Məmmədov bildirib ki, vətəndaş qəbulu yüksək peşəkarlıq səviyyəsində təşkil olunub:

"Müraciətlər üzrə ətraflı və məzmunlu fikir mübadiləsi aparılıb, qaldırılan məsələlərin həlli istiqamətində müvafiq tapşırıqlar verilib. Qəbul zamanı vətəndaşların problemlərinin operativ araşdırılması və qanunvericiliyə uyğun şəkildə həll olunması üçün aidiyyəti qurum nümayəndələrinə konkret göstərişlər təqdim edilib".