OYU-nun İqtisadiyyat və iqtisadi münasibətlər kafedrasının müdiri, i.e.d., professor Elşad Məmmədov “Aİİ – Azərbaycan: iqtisadi əməkdaşlığın inkişaf perspektivləri” mövzusunda keçirilən beynəlxalq dəyirmi masada moderator qismində iştirak edib

29 Oktyabr, 2022

Bakıda, Həştərxan biznes mərkəzində, “Aİİ – Azərbaycan: iqtisadi əməkdaşlığın inkişaf perspektivləri” mövzusunda beynəlxalq dəyirmi masa keçirilib.

Odlar Yurdu Universitetinin İqtisadiyyat və iqtisadi münasibətlər kafedrasının müdiri, iqtisadiyyat üzrə elmlər doktoru, professor Elşad Məmmədov tədbirdə moderator qismində iştirak edib. Dəyirmi masa iştirakçıları Avrasiya İqtisadi İttifaqı ilə Azərbaycan arasında əməkdaşlıq, əməkdaşlıq perspektivləri, eləcə də regionda inteqrasiya proseslərini müzakirə ediblər.

Həmçinin tədbirdə Avrasiya İqtisadi Komissiyasının İnteqrasiya və Makroiqtisadiyyat üzrə Kollegiya üzvü (nazir), Rusiya Elmlər Akademiyasının akademiki Sergey Qlazyev, Rusiya Federasiyasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixail Boçarnikov, Rusiyanın Bakıdakı nümayəndəsi Ruslan Mirsayapov, Rusiya Federal Gömrük Xidmətinin Azərbaycan Respublikasındakı nümayəndəsi Georgi Pesçanskix və Odlar Yurdu Universitetinin İqtisadiyyat və iqtisadi münasibətlər kafedrasının professsor-müəllim heyəti iştirak ediblər.

Daha ətraflı: video-süjet