Odlar Yurdu Universitetində “The Roanoke Settlement” mövzusunda açıq dərs keçirilib

27 Fevral, 2026

Odlar Yurdu Universitetində “The Roanoke Settlement” mövzusunda açıq dərs keçirilib

Odlar Yurdu Universitetinin Xarici dillər kafedrasının dosenti, filologiya üzrə fəlsəfə doktoru Sevinc Məmmədzadə tərəfindən Tərcümə ixtisası üzrə 960 T qrupunda “The Roanoke Settlement” mövzusunda dərs keçirilib.

Dərs zamanı tələbələr XVI əsrdə Şimali Amerikada yaradılmış ilk ingilis məskənlərindən biri olan Roanoke koloniyasının tarixi, onun sirli şəkildə yoxa çıxması və bu hadisənin tarixi-mədəni kontekstdə təhlili ilə tanış olublar. Mövzu çərçivəsində həm tarixi faktlar, həm də mətn üzərində tərcümə və linqvistik analiz aparılıb.

Tələbələr dərs prosesində mənbələrlə işləmə, terminoloji təhlil, tarixi mətnlərin tərcüməsi və kontekstual yanaşma bacarıqlarını inkişaf etdiriblər. İnteraktiv formatda keçən dərs müzakirələrlə yadda qalıb.