Odlar Yurdu Universitetində 2025–2026-cı tədris ilinin yaz semestri çərçivəsində açıq dərs təşkil olunub. Açıq dərs 03 mart 2026-cı il tarixində 365 Bİ qrupunda “İşgüzar ingilis dili” fənni üzrə keçirilib.
Dərsi Xarici Dillər kafedrasının müəllimi Qəhrəmanova Esmira Eldar qızı təşkil edib.
Açıq dərsdə Humanitar, təhsil və dillər fakültəsinin dekanı, dosent, filologiya üzrə fəlsəfə doktoru Nuridə Muxtarzadə, İqtisadiyyat və idarəetmə fakültəsinin dekan müavini, dosent Babək Feyzullayev, Xarici Dillər kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Səadət Abdurəhmanova, eləcə də kafedranın baş müəllimi Şəlalə Məmmədova iştirak ediblər.
Dərs interaktiv formatda təşkil olunub və “Countries, nationalities and languages” (Ölkələr, milliyyətlər və dillər) mövzusu tədris edilib. Dərs zamanı müəllim tərəfindən iqtisadiyyat sahəsinə aid terminlər izah olunub, onların mənası, düzgün istifadəsi və tətbiqi barədə tələbələrə məlumat verilib.
Mövzu çərçivəsində tələbələr müxtəlif ölkələrin adları, milliyyətlər və dillər haqqında biliklərini artırıblar. İnteraktiv müzakirələr və tapşırıqlar vasitəsilə tələbələr dərsdə fəal iştirak edərək mövzunu daha dərindən mənimsəyiblər.
Açıq dərs qarşılıqlı fikir mübadiləsi şəraitində səmərəli və maraqlı şəkildə keçirilib.