Comelson İnnovasiya Forumu 2026 uğurla keçirildi

04 Mart, 2026

Comelson İnnovasiya Forumu 2026 uğurla keçirildi

Bu gün Comelson İnnovasiya Forumu 2026 çərçivəsində dövlət rəsmiləri, sahibkarlar və müxtəlif sahələr üzrə peşəkar mütəxəssislər bir araya gəldilər. Forum innovasiya mühitinin inkişafı, süni intellektin tətbiq imkanları və müasir biznes yanaşmaları baxımından əhəmiyyətli müzakirə platformasına çevrildi.

Tədbirdə süni intellekt və innovasiya istiqamətində aktual mövzulara toxunulmuş, bu sahələrin iqtisadi inkişafda rolu geniş şəkildə təhlil edilmişdir. Xüsusilə yerli və xarici sahibkarların biznes strategiyaları, brendləşmə siyasəti və rəqabətqabiliyyətli bazar mühitində mövqe tutma üsulları müzakirə olunmuşdur. Çıxış edən spikerlər innovativ düşüncə tərzinin formalaşdırılmasının və texnoloji yeniliklərin tətbiqinin vacibliyini vurğulamışlar.

Forumda Odlar Yurdu Universiteti də təmsil olunmuşdur. Universitetin Psixologiya, pedaqogika və sosial fənlər kafedrasının müəllimi Aygün Verdiyeva və Xarici dillər kafedrasının müəllimi Pərvin Kərimova tədbirdə iştirak etmiş, müzakirələri yaxından izləyərək innovativ yanaşmalarla bağlı fikir mübadiləsi aparmışlar.

Comelson İnnovasiya Forumu 2026 müxtəlif sahələr arasında əməkdaşlıq imkanlarının genişləndirilməsi, innovativ ideyaların təşviqi və gələcək layihələrin formalaşdırılması baxımından mühüm əhəmiyyət kəsb etmişdir.