Odlar Yurdu Universitetində İqtisadiyyat və iqtisadi münasibətlər kafedrasının növbəti iclası keçirilib

05 Mart, 2026

Odlar Yurdu Universitetində İqtisadiyyat və iqtisadi münasibətlər kafedrasının növbəti iclası keçirilib

Bu gün Odlar Yurdu Universitetində İqtisadiyyat və iqtisadi münasibətlər kafedrasının növbəti iclası keçirilib. İclas zamanı kafedranın tədris və elmi fəaliyyətinə dair bir sıra mühüm məsələlər geniş şəkildə müzakirə olunub.

İclasın gündəliyində yay imtahan sessiyası üçün əlavə test suallarının hazırlanması, müzakirəsi və təsdiqi, açıq dərslərin təşkili, elmi-metodik seminarların keçirilməsi kimi məsələlər yer alıb. Bununla yanaşı, “III Ağıllı ətraf mühit və yaşıl texnologiyalar” (ICSEGT–2026) adlı beynəlxalq elmi konfransa hazırlıq prosesi ilə bağlı fikir mübadiləsi aparılıb, qarşıda duran vəzifələr müəyyənləşdirilib.

Gündəlikdəki məsələlər üzrə Strateji inkişaf və beynəlxalq əlaqələr üzrə prorektor, i.e.d., professor Elşad Məmmədov, dekan müavini, dosent Babək Feyzullayev və i.f.d., dosent Natiq Qarayev çıxış edərək tədris prosesinin keyfiyyətinin artırılması, elmi fəaliyyətin daha da gücləndirilməsi və beynəlxalq elmi əməkdaşlığın inkişafı ilə bağlı təklif və tövsiyələrini səsləndiriblər.

İclasda kafedranın tam ştat əməkdaşları ilə yanaşı doktorant və dissertantlar da iştirak ediblər. Sonda müzakirə olunan məsələlər üzrə müvafiq qərarlar qəbul olunub və qarşıdakı dövr üçün görüləcək işlərin istiqamətləri müəyyən edilib.