Biologiya və Ekologiya kafedrasında növbəti iclas təşkil olunmuşdur. İclas zamanı bir sıra mühüm məsələlər müzakirə edilib.
Görüşün əsas müzakirə mövzusu Odlar Yurdu Universitetinin təşkilatçılığı ilə 2–3 iyun 2026-cı il tarixlərində keçiriləcək "The 3rd International Conference on Smart Environment and Green Technologies (ICSEGT 2026)" beynəlxalq konfransına hazırlıq prosesi olmuşdur. Konfransın təşkilati məsələləri, elmi istiqamətləri, məruzələrin qəbulu və kafedra əməkdaşlarının aktiv iştirakı ilə bağlı təkliflər müzakirə edilmişdir. Qeyd olunmuşdur ki, bu beynəlxalq tədbir həm universitetimizin, həm də kafedramızın elmi nüfuzunun artırılması baxımından mühüm əhəmiyyət daşıyır.
Eyni zamanda, yeni tədris ilində tədris prosesində nəzərdə tutulan yeniliklər və dəyişikliklər haqqında məlumat verilmiş və tədrisin keyfiyyətinin artırılması istiqamətində görüləcək işlər müəyyən edilib.
İclas çərçivəsində cari tədris və elmi fəaliyyətlə bağlı məsələlər, planlaşdırılan elmi seminarlar və tələbələrin elmi fəaliyyətə cəlb ol