Odlar Yurdu Universitetinin Filologiya və humanitar fənlər kafedrasının müəllimi fil.ü.f.d. Sevinc Qəmbərovanın moderatorluğu ilə Gənc Türkoloqlar Birliyinin ilk tədbiri keçirilmişdir. Tədbirin qonağı görkəmli türkoloq, professor Güllü Yoloğlu “Türk dünyası: Sibirdən Balkanlara” mövzusunda məruzə etmiş və tələbələri maraqlandıran sualları cavablandırmışdır. Tədbirdə Odlar Yurdu Universitetinin Birləşmiş fakültələr departamentinin rəhbəri, dosent Aynurə Qurbanova, Filologiya və humanitar fənlər kafedrasının müdir əvəzi, dosent Osman Musayev, kafedranın professor-müəllim heyəti, tələbələr və BMU-nun dosenti Zabitə Teymurlu iştirak etmişlər.