Odlar Yurdu Universitetində tələbələrin elmi və mədəni dünyagörüşünün genişləndirilməsi məqsədilə növbəti maarifləndirici ekskursiya təşkil olunub.
Filologiya və humanitar elmlər kafedrasının təşəbbüsü ilə 36P, 212EK və 760TH qruplarının tələbələri Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun ekspozisiya zalını ziyarət ediblər. Ekskursiya çərçivəsində tələbələr həmçinin institutda yerləşən Hacı Zeynalabdin Tağıyevə həsr olunmuş guşə ilə də yaxından tanış olublar.
Tələbələr qədim əlyazmalar, nadir tarixi sənədlər və milli-mədəni irsimizi əks etdirən eksponatlar haqqında ətraflı məlumat əldə ediblər. Bu cür tədbirlər onların nəzəri biliklərinin möhkəmləndirilməsi və tarixi irsə marağın artırılması baxımından mühüm əhəmiyyət daşıyır.
Ekskursiya Filologiya və humanitar elmlər kafedrasının müəllimi Həmidə Abdullazadənin rəhbərliyi ilə təşkil olunub.