Odlar Yurdu Universitetinin İnformasiya texnologiyaları və sistemləri ixtisasının 912İİS qrup tələbəsi Məmmədov Elcan Azər oğlu Bakı Metropoliteni tərəfindən təşkil olunan “Baku Metropoliten Hackathon” müsabiqəsində uğurla iştirak edərək III yerə layiq görülüb.
Müsabiqəyə təqdim olunan 1201 müraciət arasından seçilən 84 iştirakçı sırasında yer alan tələbəmiz final mərhələsində innovativ layihəsi ilə fərqlənib. O, “Sahil” komandası tərkibində çıxış edərək müsabiqənin qalibləri sırasında yer alıb. Hackathon çərçivəsində Bakı metrosunda sərnişin sıxlığının azaldılması və sərnişin axınının daha səmərəli idarə olunmasına yönəlmiş innovativ onlayn həll hazırlanıb. Təqdim olunan məhsul real tətbiq potensialına malik rəqəmsal konsepsiya kimi qiymətləndirilib və münsiflər heyəti tərəfindən yüksək dəyərləndirilib.
Yarışın yekun nəticələrinə əsasən:
Qeyd edək ki, layihənin əsas məqsədi nəqliyyat sahəsində innovativ yanaşmaların təşviqi, gənclərin texnologiya və rəqəmsal həllər istiqamətində potensialının üzə çıxarılmasıdır.
Odlar Yurdu Universiteti tələbəmizi əldə etdiyi uğur münasibətilə təbrik edir, gələcək fəaliyyətində yeni nailiyyətlər arzulayır.
İnformasiya və ictimaiyyətlə əlaqələr departamenti
(+994 55) 465 85 27