OYU -nun “Elmi və Pedaqoji xəbərləri” jurnalının 69-cu nömrəsi üçün məqalə qəbulu başlanıb

18 May, 2026

36
OYU -nun “Elmi və Pedaqoji xəbərləri” jurnalının 69-cu nömrəsi üçün məqalə qəbulu başlanıb

Odlar Yurdu Universitetinin “Elmi və Pedaqoji xəbərləri” jurnalının 69-cu nömrəsi üçün məqalə qəbulu elan olunur

Odlar Yurdu Universitetinin “Elmi və Pedaqoji xəbərləri” jurnalının 2026-cı il üzrə 69-cu nömrəsi üçün məqalələrin qəbulu başlanıb. Jurnal humanitar, texniki, təbiət və sosial elmlər istiqamətləri üzrə elmi araşdırmaların, tədqiqat nəticələrinin və pedaqoji yanaşmaların yayımlandığı akademik nəşrdir.

1998-ci ildən etibarən nəşr olunan “Elmi və Pedaqoji xəbərləri” jurnalı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən rəsmi qeydiyyata alınmışdır. Elmi fəaliyyətlə məşğul olan alimlər, müəllimlər, doktorantlar, dissertantlar və gənc tədqiqatçılar məqalələrini jurnalın növbəti buraxılışı üçün təqdim edə bilərlər.

Jurnalın çap müddəti ilə bağlı əlavə məlumat növbəti mərhələdə elan olunacaq.

 

İnformasiya və ictimaiyyətlə əlaqələr departamenti
(+994 55) 465 85 27