Odlar Yurdu Universitetində Yaz semestrinin aralıq imtahanları davam edir

21 Aprel, 2026

34
Odlar Yurdu Universitetində Yaz semestrinin aralıq imtahanları davam edir

Odlar Yurdu Universitetində 2025–2026-cı tədris ilinin yaz semestri üzrə bakalavriat səviyyəsində aralıq imtahanlarının keçirilməsi davam edir.

Odlar Yurdu Universitetində 20 aprel – 01 may tarixlərini əhatə edən 2025–2026-cı tədris ilinin yaz semestri üzrə bakalavriat səviyyəsində aralıq imtahanları davam edir. Aralıq imtahanlarının keçirilməsi ilə bağlı gün, saat, auditoriya və nəzarətçi müəllimlər haqqında ətraflı məlumatları əks etdirən cədvələ uyğun olaraq imtahan prosesi təşkil edilir.

İmtahanların təşkili və koordinasiyası məqsədilə İmtahan Qərargahı fəaliyyət göstərir. İmtahanların nizamlı və operativ təşkili məqsədilə nəzarətçi müəllimlər imtahan öncəsi zəruri sənədlərlə təmin olunur, imtahan bitdikdən sonra isə bütün materiallar müvafiq qaydada təhvil verilir. Aralıq imtahanlarının şəffaf, obyektiv və yüksək təşkilati səviyyədə keçirilməsi universitetdə tədris keyfiyyətinin təmin olunması baxımından mühüm əhəmiyyət daşıyır.

 

İnformasiya və ictimaiyyətlə əlaqələr departamenti
(+994 55) 465 85 27