Odlar Yurdu Universitetində kibertəhlükəsizlik mövzularında master-klasslar təşkil olunacaq

21 Aprel, 2026

59
Odlar Yurdu Universitetində kibertəhlükəsizlik mövzularında master-klasslar təşkil olunacaq

Odlar Yurdu Universiteti ilə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti arasında bağlanmış protokola əsasən tələbə və müəllimlər üçün silsilə master-klassların keçirilməsi planlaşdırılır.

Odlar Yurdu Universiteti ilə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti arasında imzalanmış əməkdaşlıq protokoluna uyğun olaraq universitetdə kibertəhlükəsizlik və informasiya texnologiyaları sahəsində aktual mövzuları əhatə edən master-klasslar təşkil olunacaq. Master-klasslar universitetin konfrans salonunda keçiriləcək və müəllim heyəti ilə yanaşı tələbələrin də iştirakı nəzərdə tutulur. Tədbirlər çərçivəsində müasir texnologiyalar, rəqəmsal təhlükəsizlik və praktik yanaşmalar üzrə biliklərin artırılması məqsəd qoyulub.

Proqram çərçivəsində aşağıdakı mövzular üzrə sessiyalar keçiriləcək:
• “Tətbiqlərin performans testləri” – Dilqəm Məmmədov (06 may 2026, saat 12:00)
• “Rəqəmsal ekspertiza: yanaşmalar və tətbiq” – Sabinə Tağıyeva (15 may 2026, saat 12:00)
• “Təhdid kəşfiyyatı” – Günay Əbdiyeva-Əliyeva (21 may 2026, saat 12:00)

Qeyd edək ki, imtahan və dərs saatlarına təsadüf etmədiyi hallarda müəllim və tələbələrin bu master-klasslarda iştirakı tövsiyə olunur. Bu təşəbbüs tələbə və müəllimlərin kibertəhlükəsizlik sahəsində bilik və bacarıqlarının artırılmasına, həmçinin praktiki təcrübənin gücləndirilməsinə mühüm töhfə verəcək.

 

İnformasiya və ictimaiyyətlə əlaqələr departamenti
(+994 55) 465 85 27