Fevralın 15-dən COVID-19 vaksininin 2-ci dozasının üzərindən 6 aydan çox vaxt keçən şəxslərin “Peyvənd sertifikatı” etibarlı hesab edilməyəcək.
Sabahdan etibarən yaşı 18-dən yuxarı olan vətəndaşların bir çox məkanlara girişinə məhdudiyyət qoyulacaq.
Həmin məkanlar:
1. Ali təhsil müəssisələri və kolleclər
2. ictimai iaşə müəssisələri (kafe, restoran və s.)
3. mehmanxanalar
4. iri ticarət mərkəzləri
5. idman və sağlamlıq-bərpa obyektləri
6. Toy və ya digər şənliklər
Həmin tarixdən etibarən yaşı 18-dən yuxarı olan şəxslər qeyd edilən məkanlara yalnız qüvvədə olan COVID-19 vaksin pasportu, immunitet, yaxud əks-göstəriş sertifikatı ilə buraxılacaq.