Odlar Yurdu Universitetində növbəti iclas keçirilmişdir

16 Noyabr, 2022

Odlar Yurdu Universitetində növbəti iclas keçirilmişdir
OYU-da Elmi-metodiki və Təhsil Şuralarının birgə təşkilatçılığı ilə növbəti iclas baş tutmuşdur. İclası universitetin Strateji Planlaşdırma və Layihələr departamentinin müdiri, dosent Fuad İbadov giriş sözü ilə açaraq iştirakçıları gündəlikdə duran məsələ ilə tanış etmişdir. İclas universitetdə təşkil ediləcək akkreditasiyaya hazırlıq prosesinə həsr edilmişdir. Daha sonra isə dosent Fuad İbadov mövzu ilə bağlı məruzə edərək iclas iştirakçılarının suallarını cavablandırmışdır. Sonra isə çıxış üçün söz digər məruzəçiyə verilmişdir. Beynəlxalq əlaqələr və keyfiyyətin təminatı üzrə prorektor, professor Fəxrəddin Məmmədov iclas iştirakçılarını Odlar Yurdu Universitetinin yeni yaradılmış veb saytı ilə geniş və əhatəli tanış etmişdir və bu mövzu ilə bağlı verilən suallar cavablandırılmışdır.
İclasda, həmçinin universitetin prorektorları, departament rəhbəri, kafedra və şöbə müdirləri iştirak etmiş və onları maraqlandıran sualları məruzəçilərə ünvanlamışlar. İclas boyunca qoyulan məsələlər ətrafında fəal müzakirələr aparılmışdır