OYU-nun Biologiya və ekologiya kafedrasının açıq dərsi keçirilmişdir

26 Noyabr, 2022

OYU-nun Biologiya və ekologiya kafedrasının açıq dərsi keçirilmişdir
Odlar Yurdu Universitetinin Biologiya və ekologiya kafedrasının müəllimi, a.e.ü.f.d. Sevinc Məhərrəmovanın “İnsan genetikası” mövzusunda açıq dərsi keçirilmişdir. Tələbələrə insan genetikası, tədqiqat üsulları, metodları, insanda olan gen xəstəlikləri ilə bağlı polidaktaliya, sindaktaliya və xromosom xəstəliklər haqqında ətraflı məlumat verilmişdir. Dərsdə tələblərdən qan nümunələri götürülərək, qan qrupları təyin edilmişdir. Tələbələr mövzu ətrafında müzakirələrə başlamış və mövzu bir sıra suallar verilmişdir.
Həmçinin açıq dərsdə iştirak edən OYU-nun Biologiya və ekologiya kafedrasının müdiri, a.e.ü.f.d., dos. Tamilla Kərimova mövzunun aktual və maraqlı olduğunu vurğulayaraq, tələbələrə uğurlar arzu etmişdir. Mövzu tələbələr tərəfindən müsbət qiymətləndirilmişdir.