OYU-da 4-cü Beynəlxalq Bakı Elmi Araşdırmalar Konfransının açılış mərasimi keçirilmişdir

01 Dekabr, 2022

OYU-da 4-cü Beynəlxalq Bakı Elmi Araşdırmalar Konfransının açılış mərasimi keçirilmişdir
1 dekabr 2022-ci il tarixində Odlar Yurdu Universiteti və IKSAD institutunun təşkilatçılığı ilə 4-cü Beynəlxalq Bakı Elmi Araşdırmalar Konfransının plenar iclasının açılışı keçirilmişdir.
İlk öncə, tədbiri Odlar Yurdu Universitetinin Keyfiyyət Təminatı və Beynəlxalq Əlaqələr üzrə prorektoru, professor Fəxrəddin Məmmədov açaraq, konfrans iştirakçılarını salamlamaqdan məmnunluğunu ifadə etmiş və konfrans haqqında ümumi məlumat vermişdir.
Daha sonra, Elm və İnnovasiyalar üzrə prorektor, professor Tərlan Abdullayev konfransda bir çox xarici ölkələrin çıxışından, həmin ölkələrdən neçə məqalə qəbul olunmasından və konfransın necə mühüm əhəmiyyət kəsb etdiyindən, konfransa göndərilən məqalələrin Google Scholar-da indeksləşməsi barədə danışmışdır.
Sonra isə, söz Odlar Yurdu Universitetinin rektoru, professor Əhməd Vəliyevə verilmişdir. Professor Əhməd Vəliyev belə bir beynəlxalq elmi konfransın keçirilməsini əlamətdar hadisə kimi dəyərləndirmiş, belə tədbirlərin təqdirəlayiq olduğunu, gələcəkdə də davam edəcəyini vurğulayaraq, belə mühüm konfransın təşkilində əməyi olan hər kəsə təşəkkürünü bildirmişdir.
Ardından, qonaq qismində iştirak edən IKSAD universitetinin koordinatoru, dr. Əlvan Cəfərov tədbirin keçirilməsində öz dəstəyinə görə, Odlar Yurdu Universitetinin rəhbərliyinə öz minnətdarlığını bildirmiş və IKSAD institutunun rəhbəri, dr. Mustafa Latif EMEK-in hədiyyəsini Odlar Yurdu Universitetinin rektoru, professor Əhməd Vəliyevə təqdim etmişdir.
Daha sonra, Odlar Yurdu Universitetinin Dillər kafedrasının müəllimi Ülviyyə Nəsirova "The Content of Active Learning" mövzusu haqqında ətraflı çıxış etmişdir.
Ardından, professor Tərlan Abdullayev açılış mərasiminin bitdiyini elan edərək, konfransın davamının hər bir konfrans iştirakçısı üçün ayrı-ayrı bölmələrdə olacağını bildirmişdir.
Daha sonra, konfrans proqramına yerli və xarici alimlər, həmçinin, məruzəçilər tərəfindən göndərilən məqalələr və tezislər Azərbaycan, türk və ingilis dilləri üzrə bölmələrdə məruzələr dinlənilmiş və çıxış edənlərə sertifikatlar verilmişdir.
Ümumilikdə konfrans mövzuları ətrafında müzakirələr aparılmış, rəylər dinlənilmiş və xatirə şəkli çəkdirilmişdir.
Odlar Yurdu Universitetinin təşkilatçılarından biri olduğu konfransın açılış mərasimində həmçinin, Tədrisin Təşkili və Yeni Təlim Texnologiyaları üzrə prorektor, dos. Qabil Qafarov, Birləşmiş Fakültələr Departamentinin rəhbəri Aynurə Qurbanova, kafedra müdirləri və konfrans qonaqları iştirak etmişdilər.