Avropa İdarəetmə İnkişafı Fondunda baş tutmuş görüşdə EFMD-nın Beynəlxalq layihələr üzrə baş meneceri Jan Batist Millard "Beynəlmiləlçilik istiqamətində müxtəlif strategiyaların hazırlanması, "Forint layihəsi" və beynəlxalq layihələr, bu proseslərin fəal tərəfdaşları" barədə geniş məruzə etmişdir.
İspaniya Krallığının Alkante Universitetinin layihə meneceri Qabriela Kastilio isə tədbirdə "Beynəlxalq şəbəkənin qurulması: ANTENA layihəsi" mövzusunda çıxış etmişdir.
DAAD-ın Brüssel ofisinin direktoru Mişel Hörig DAAD Alman Akademik Mübadilə Xidməti haqqında hazırlanmış təqdimat ilə iştirakçıları tanış etmişdir.
Sözügedən tədbirdə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin nümayəndəsi, ölkəmizin on yeddi universitetindən beş nəfər rektor, müxtəlif sahələr üzrə prorektorlar və digər rəhbər şəxslər iştirak etmişlər.
Qeyd edək ki, həminki görüşdə Odlar Yurdu Universitetini Tədrisin təşkili və yeni təlim texnologiyaları üzrə prorektor, dosent Qabil Qafarov təmsil etmişdir.