Bakıda “Avrasiya İqtisadi Əməkdaşlıq Təşkilatında (Aİİ) inteqrasiya prosesləri - Azərbaycanla əməkdaşlıq” mövzusunda 2022-ci ilin sonuncu dəyirmi masası keçirilmişdir.
Bakıdakı Rus Evində təşkil olunan tədbirdə ölkəmizin aparıcı iqtisadçı və politoloqları, Rusiya Federasiyasının Azərbaycandakı Ticarət nümayəndəsi Ruslan Mirsayapov, Rusiyanın Azərbaycandakı səfirliyinin müşaviri Nikolay Ravkin və Rusiya səfirliyinin birinci katibi Alina Zolotareva iştirak etmişlər.
Dəyirmi masanın moderatoru Odlar Yurdu Universitetinin İqtisadiyyat və iqtisadi münasibətlər kafedrasının müdiri, professor Elşad Məmmədov olmuşdur.
Avrasiya İqtisadi Komissiyasının İnteqrasiya İnkişafı və Beynəlxalq Əməkdaşlıq Departamentinin rəhbəri Dmitri Yejov onlayn olaraq tədbirə qatılaraq Aİİ-nin çərçivəsində inteqrasiya proseslərindən danışmışdır.
Həmçinin dəyirmi masada OYU-nun İqtisadiyyat və iqtisadi münasibətlər kafedrasının professor-müəllim heyəti iştirak etmişlər.