OYU-da Yaxın Doğu Universitetinin dosenti, həmçinin Psixoloji konsultasiya və təkmilləşdirmə üzrə mütəxəssis, dos. Könül Məmmədovanın “Həll yönümlü qısamüddətli terapiya” mövzusunda seminarı keçirilmişdir.
Seminarda tələbələr öz üzərlərində məşq edərək müasir metodlarla tanış olmaq imkanı əldə etmişlər. Eyni zamanda, könüllü tələbəmizlə həll yönümlü terapiya prosesinin necə keçdiyi haqqında demo hazırlanaraq təqdim olunmuşdur. Sonra isə tələbələr bu barədə öz duyğu və düşüncələrini bölüşmüşlər. Terapiyaya qatılan tələbələr seminarı qısa müddətdə maariflənmək üçün gözəl fürsət kimi dəyərləndirmişlər. Həll yönümlü terapiya bu gün təhsil mühitində və gənclərdə sürətli və praktik həllərin yaranmasına kömək edir. Bu səbəbdən də bu seminarın məqsədi Azərbaycanda gənc psixoloqların müasir terapiya üsullarını kəşf etmələri və dünyaya fərqli baxış bucaqlarını təqdim etmələridir. Həm də gələcəyin ən yaradıcı psixoloqlarının yetişdirilməsinə rəhbərlik etməkdir.
Seminarda OYU-nun Psixologiya, pedaqogika və sosial fənlər kafedrasının müdiri, prof. Rəşid Cabbarov, kafedranın professor-müəllim heyəti və tələbələri iştirak etmişlər.
Mövzunun aktual və maraqlı olduğu vurğulanmışdır. Mövzu və çıxış seminar iştirakçıları tərəfindən müsbət qiymətləndirilmişdir. Sonda xatirə şəkli çəkdirilmişdir.