OYU-nun rektoru, professor Əhməd Vəliyevin “Azərbaycan Gəncləri Günü” münasibəti ilə təbriki

02 Fevral, 2023

OYU-nun rektoru, professor Əhməd Vəliyevin  “Azərbaycan Gəncləri Günü” münasibəti ilə təbriki

Əziz tələbələrimiz, əziz gənclərimiz!

Odlar Yurdu Universitetinin rəhbərliyi və professor-müəllim heyəti adından hər birinizi “Gənclər Günü” münasibətilə səmimi qəlbdən təbrik edir, sizə yüksək səviyyəli təhsil, uğur dolu gələcək və sağlam həyat tərzi arzulayıram.
Təbii ki, bu əlamətdar tarix gənclərə həmişə böyük diqqət və qayğı ilə yanaşmış, onların problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə xüsusi önəm vermiş, bu siyasəti müasir müstəqil Azərbaycan dövlətinin fəaliyyətinin ən mühüm istiqamətlərindən biri kimi dəyərləndirmiş Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Hal-hazırda möhtərəm Prezidentimiz, qalib sərkərdəmiz, cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən bu siyasətin nəticəsi olaraq gənclərimiz dövlətçiliyə bağlı, milli düşüncəyə malik intellektual, yüksək dünyagörüşlü şəxsiyyət kimi formalaşmış zəfər gəncləridir.
Əminəm ki, gənclərimiz xalqımıza, şanlı tariximizə, milli dəyərlərimizə sadiq qalacaq, vətənimiz, Bütov Azərbaycan, Turan adına hələ çox qürurverici uğurlara imza atacaqlar.
Həyatınızın hər bir səhifəsində sevinc dolu anların bol olması diləyilə bir daha Sizi Gənclər Günü münasibətilə təbrik edir və ən xoş arzularımı çatdırıram.
Sizinlə fəxr edirik, qalib Azərbaycan gəncləri! Bayramınız mübarək!


Hörmətlə,
Professor Əhməd Vəliyev
Odlar Yurdu Universitetinin rektoru