Odlar Yurdu Universitetinin Strateji planlaşdırma və layihələr departamentinin müdiri, dos. Fuad İbadov Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi və ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) tərəfdaşlığı ilə “Azərbaycanda qəhvəyi mərmər bağacıq zərərvericisinə qarşı mübarizə” mövzusunda keçirilmiş seminarda ekspert qismində iştirak etmişdir. Semiranda, həmçinin bir sıra ekspertlərlə görüşlər təşkil olunmuşdur.
Tədbirdə ABŞ-ın Pensilvaniya Universiteti, Gürcüstan Milli Qida Agentliyi, “Ferrero İnternational” və “Trece” şirkətlərindən olan beynəlxalq ekspertlər çıxış edərək qəhvəyi mərmər bağacığına qarşı mübarizə tədbirlərinin planlaşdırılması, onların nəzarətdə saxlanılması və təhlil edilməsinə dair beynəlxalq təcrübələrini bölüşmüşdülər.
Qeyd olunan seminarda beynəlxalq ekspertlər və aidiyyəti dövlət qurumlarının, elmi-tədqiqat institutlarının, eləcə də kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən istehsalçılar da daxil olmaqla bir çox nümayəndə iştirak etmişdir.