Odlar Yurdu Universitetinin Dillər kafedrasının elmi-metodiki seminarı keçirilmişdir

23 Dekabr, 2022

Odlar Yurdu Universitetinin Dillər kafedrasının elmi-metodiki seminarı keçirilmişdir
Odlar Yurdu Universitetinin Dillər kafedrasının müəllimi Aynurə Quliyevanın “Teaching active learning” mövzusunda elmi-metodiki seminarı baş tutmuşdur.
OYU-nun Dillər kafedrasının müdir müavini, f.ü.f.d., dos. S.X.Abdurəhmanova elmi-metodiki seminarın açılışını edərək, seminar barəsində iştirakçılara məlumat vermişdir.
Seminarda OYU-nun Dillər kafedrasının professor-müəllim heyəti iştirak etmişdir.
Çıxışdan sonra, iclas iştirakçıları mövzu ətrafında müzakirələrə başlamış və məruzəçiyə bir sıra suallar vermişlər. Dillər kafedrasının müdir müavini, f.ü.f.d., dos. S.X.Abdurəhmanova mövzunun aktual və maraqlı olduğunu vurğulayaraq, məruzəçiyə uğurlar arzu etmişdir. Mövzu və çıxış iclas iştirakçıları tərəfindən müsbət qiymətləndirilmişdir.