Odlar Yurdu Universitetinin Riyaziyyat, informatika və statistika kafedrasının müəllimi Həqiqət Əşirovanın “Parametrik şəkildə verilmiş funksiyanın törəməsi” mövzusuna həsr olunmuş elmi-metodiki seminarı keçirilmişdir. Seminarda Riyaziyyat, informatika və statistika kafedrasının professor-müəllim heyəti iştirak etmişdir. Sonda mövzu ilə bağlı müzakirələr aparılmış, suallar cavablandırılmışdır. OYU-nun Keyfiyyətin təminatı və qiymətləndirmə departamentinin rəhbəri, prof. Eldar Hüseynov da seminarda iştirak etmiş və mövzular haqqında öz rəyini bildirmişdir.