“Azərbaycan Karyera İnkişaf Forumu 2022”nin məqsədi daim dəyişməkdə olan əmək bazarı barədə məlumatlılığın artırılması, iştirakçıların gələcəyin peşə və bacarıqları ilə tanış edilməsi, əmək bazarının tələblərinə cavab verən peşəkar kadrların yetişdirilməsi üçün atılmalı addımların müzakirəsi olmuşdur.
“Gələcəyə hazır ol!” devizi ilə keçirilən Forumun məqsədi əmək bazarında olan aktual problemlərin həlli istiqamətində peşəkar müzakirələr aparmaq, yeni trendlər və çağırışlar barədə məlumatlılığı artırmaq, karyera planlaması istiqamətində düzgün nəticə çıxarmağa imkan yaratmaqdır.
Ölkəmizdə ənənəvi olaraq keçirilən forumda İqtisadiyyat naziri Mikayıl Cabbarov, Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, Elm və təhsil naziri Emin Əmrullayev, Gənclər və idman naziri Fərid Qayıbov, Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə, həmçinin millət vəkilləri, dövlət və özəl qurumların, ali təhsil müəssisələrinin nümayəndələri, karyera mərkəzlərinin təmsilçiləri, yerli və xarici spikerlər, tələbələr iştirak etmişlər. Forumda Odlar Yurdu Universitetini Strateji Planlaşdırma və Layihələr departamentinin müdiri, dos. Fuad İbadov və MBA proqramının tələbələri Nicat Quliyev və Xanoğlan Sadiq təmsil etmişlər.