Odlar Yurdu Universiteti, Odlar Yurdu Kolleci, “BSB” Tam Orta İnnovasiyalar Məktəbi və Müasir İnnovasiyalar Liseyi tərəfindən qardaş Türkiyəyə yardım edilmişdir

14 Fevral, 2023

Odlar Yurdu Universiteti, Odlar Yurdu Kolleci, “BSB” Tam Orta İnnovasiyalar Məktəbi və Müasir İnnovasiyalar Liseyi tərəfindən qardaş Türkiyəyə yardım edilmişdir

Qardaş Türkiyədə baş vermiş ağır fəlakət bütün xalqımız kimi, Odlar Yurdu Universitetinin professor-müəllim heyətini və tələbələrini də bərk sarsıtmışdır. Türk xalqının faciəsini öz faciəmiz kimi qəbul etdik.
Odlar Yurdu Universiteti, Odlar Yurdu Kolleci, “BSB” Tam Orta İnnovasiyalar Məktəbi və Müasir İnnovasiyalar Liseyi ümumölkə yardım kampaniyasına qoşularaq, maddi yardım göstərmiş, tibbi ləvazimatlar, yataq dəstləri, geyim, qida məhsulları və s. zəruri ləvazimatlar yardım toplama mərkəzlərinə göndərilmişdir.
Odlar Yurdu Universitetinin rektoru, professor Əhməd Vəliyev yardımların bundan sonra da davam ediləcəyini, eyni zamanda OYU-da təhsil alan türkiyəli tələbələrimizin maddi və mənəvi sıxıntı keçirməmələri üçün mütəmadi olaraq onlarla aidiyyatı strukturların əlaqə saxladığını bildirmiş, həmçinin türk tələbələrinin təhsil haqqı ödənişini universitetin öz üzərinə götürməsini qeyd etmişdir.