Odlar Yurdu Universitetinin İqtisadiyyat və iqtisadi münasibətlər kafedrasının müdiri, professor Elşad Məmmədovun Çeçen Dövlət Pedaqoji Universitetinin (ÇDPU) rektoru İsmail Bayxanov, Elm və beynəlxalq əlaqələr üzrə prorektor Tamara Avtayeva və Rus dili və onun tədrisi metodikası kafedrasının müdiri Raisa Buralova ilə görüşü baş tutmuşdur
Görüş zamanı ətraflı fikir mübadiləsi aparılmış, ölkələrimizin təhsil və elm sahələrində baş verən proseslər, birgə planlar, genişmiqyaslı əməkdaşlığın inkişaf etdirilməsi yolları və ümumilikdə cari ikitərəfli gündəlikdəki məsələlərin məzmunlu müzakirəsi aparılmışdır.
Xüsusilə vurğulanmışdır ki, ölkələrimiz arasında humanitar sahədə əməkdaşlığın inkişafı davamlı olmalıdır, çünki bu, sözsüz ki, ümumən xalqlarımız arasında əlaqələrin möhkəmlənməsinə kömək edəcəkdir.