Odlar Yurdu Universitetinin İqtisadiyyat və iqtisadi münasibətlər kafedrasının müdiri, i.e.d., prof. Elşad Məmmədov və kafedranın baş müəllimi Aslan Əzimzadə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şuraya üzv seçilmişlər. Qeyd edək ki, İctimai Şuraya üzv olmaq üçün Vətəndaş Cəmiyyəti İnstitutlarından 16 nəfərin namizədliyi irəli sürülmüş və 142 nəfər QHT və KİV nümayəndələrinin iştirakı ilə keçirilən seçkinin nəticəsi olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şuranın doqquz nəfərlik yeni tərkibi seçilmişdir.
Odlar Yurdu Universitetinin iki əməkdaşının belə mötəbər quruma üzv seçilməsi universitetimizin ölkə miqyasında nüfuzunun artmasının göstəricisidir.
Bu münasibətlə onları təbrik edir, gələcək fəaliyyətlərində uğurlar arzulayırıq.