Odlar Yurdu Universitetinin tələbəsi rəhmətə gedib

26 Avqust, 2023

Odlar Yurdu Universitetinin tələbəsi rəhmətə gedib
Odlar Yurdu Universitetin rəhbərliyi və professor-müəllim heyəti tələbəmiz olan və Azərbaycan millisinin sabiq futbolçusu, son olaraq “Səbail”də çalışmış Şəhriyar Ağəli oğlu Rəhimovun vaxtsız vəfatı ilə bağlı dərin hüznlə başsağlığı verirlər.
Qeyd edək ki, OYU-nun tələbəsi olan Şəhriyar Rəhimov 2018-2019-cu illərdə Azərbaycan millisinin heyətində 9 oyunda iştirak etmişdir. O, karyerası ərzində “İnter” (indiki “Şamaxı”), “Karvan”, AZAL, “Rəvan”, “Kəpəz”, “Zirə” və “Səbail” klublarının formasını geyinib. Şəhriyar Rəhimov 2022-ci ilin əvvəlində karyerasını başa vurmuşdur.
Allah rəhmət eləsin!