OYU ICAFS 2023 beynəlxalq konfransında Web of Science və Scopus ilə indekslənən 5 məqalə ilə çıxış etmişdir

19 Sentyabr, 2023

OYU ICAFS 2023 beynəlxalq konfransında Web of Science və Scopus ilə indekslənən 5 məqalə ilə çıxış etmişdir
Odlar Yurdu Universiteti dünya şöhrətli alim Lütfi Zadənin xatirəsinə həsr olunmuş “16th International Conference on Applications of Fuzzy Systems, Soft Computing and Artificial Intelligence Tools” adlı beynəlxalq konfransda təmsil olunmuşdur.
Odlar Yurdu Universitetinin Keyfiyyət təminatı, innovasiyalar və beynəlxalq əlaqələr üzrə prorektoru, prof. Fəxrəddin Məmmədov Türkiyənin Antalya şəhərində ICAFS 2023 adlı beynəlxalq konfransda iştirak etmişdir.
Qeyd edək ki, mütəmadi olaraq keçirilən ICAFS konfransları Scopus və Web of Science məlumat bazaları tərəfindən indekslənməkdədir.
Konfransda süni intellekt, qeyri-səlis məntiq, neyron şəbəkələri və qərar qəbul etmə, qeyri-müəyyən şəraitdə qərar qəbul etmə və digər mövzularda dünyaca tanınmış alimlərin, həmçinin konfransın həmsədrləri olan prof. W. Pedrycz (Kanada), prof. J. Kacprzyk (Polşa), prof. Rafiq Əliyev və universitetimizin prorektoru, prof. Fəxrəddin Məmmədov çıxış etmişdilər
Konfransda Odlar Yurdu Universiteti 5 məqalə (prof. Fəxrəddin Məmmədov-3, prof. Tərlan Abdullayev-2) ilə təmsil olunmuşdur.
Konfransın 2024-cü ildə Monteneqroda keçirilməsinə qərar verilmişdir.