OYU-da “İşğaldan azad olunmuş Azərbaycan ərazilərində sosial-iqtisadi inkişafın təmin edilməsi-tələbə baxışı” mövzusunda konfrans keçirilmişdir

08 Yanvar, 2024

OYU-da “İşğaldan azad olunmuş Azərbaycan ərazilərində sosial-iqtisadi inkişafın təmin edilməsi-tələbə baxışı” mövzusunda konfrans keçirilmişdir
Odlar Yurdu Universitetinin İqtisadiyyat və iqtisadi münasibətlər kafedrası və Tələbə Elmi Cəmiyyətinin birgə təşkilatçılığı ilə “İşğaldan azad olunmuş Azərbaycan ərazilərində sosial-iqtisadi inkişafın təmin edilməsi-tələbə baxışı” mövzusunda konfrans keçirilmişdir.
Konfrans Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlamışdır.
İlk öncə, tədbiri Odlar Yurdu Universitetinin İqtisadiyyat və iqtisadi münasibətlər kafedrasının müdiri, i.e.d., prof. Elşad Məmmədov açaraq, iştirakçıları salamlamaqdan məmnunluğunu ifadə etmiş və konfrans haqqında ümumi məlumat vermişdir.
Sonra Odlar Yurdu Universitetinin Elmi işlər üzrə prorektoru, prof. Tərlan Abdullayev və İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı, prof. Əli Əlirzayev çıxış edərək konfransın keçirilməsini əlamətdar hadisə kimi dəyərləndirmişlər, belə tədbirlərin təqdirəlayiq olduğunu, gələcəkdə də davam edəcəyini vurğulayaraq, belə mühüm konfransın təşkilində əməyi olan hər kəsə təşəkkürünü bildirmişlər.
Daha sonra konfransda iştirak edən tələbələrin məruzələri dinlənilmişdir.
Məruzələr əsasən: “Şuşa səhərinin sosial-iqtisadi inkişafının təmin edilməsi”, “İşğaldan azad edilmiş Azərbaycan ərazilərində nəqliyyat və enerji sektorunun inkişafı problemləri”, “İşğaldan azad edilmiş rayonların iqtisadi potensialı və inkişaf perspektivləri”, “Восстановления территориальных ценностей Азербайджана и его влияние на экономическое развитие” və bu kimi mövzulardan ibarət idi.
Çıxışlardan sonra, konfrans iştirakçıları mövzular ətrafında məruzəçilərə bir sıra suallar ünvanlamışlar. Mövzuların aktual və maraqlı olduğu vurğulanmışdır. Mövzular və çıxışlar konfrans iştirakçıları tərəfindən müsbət qiymətləndirilmişdir.
Qeyd edək ki, konfransda Odlar Yurdu Universitetinin professor-müəllim heyəti, tələbələr və dəvət olunan qonaqlar iştirak etmişlər.