Odlar Yurdu Universitetində tələbələrimiz üçün “Conversation Club” təşkil edilmişdir

29 Yanvar, 2024

Odlar Yurdu Universitetində tələbələrimiz üçün “Conversation Club” təşkil edilmişdir
Odlar Yurdu Universitetində professor-müəllim heyəti və tələbələrimizin iştirakı ilə “Topics for conversation in English” mövzusunda “Conversation Club” təşkil edilmişdir.
Tədbir universitetimizin Tələbə Elmi Cəmiyyəti və Dillər kafedrasının birgə təşəbbüsü ilə reallaşmışdır.
Qeyd edək ki, tədbirdə Odlar Yurdu Universitetinin Dillər kafedrasının müdir müavini, f.f.d., dos. Səadət Abdurəhmanova, kafedranın professor-müəllim heyəti, Tələbə Elmi Cəmiyyətinin sədri Türkan Azəri və tələbələrimiz iştirak etmişlər.
Odlar Yurdu Universitetinin tələbələri tərəfindən olduqca maraqla qarşılanan “Conversation Club” sual-cavab sessiyası ilə davam etmişdir.