OYU-da ilk dəfə səs verəcək tələbələrimiz üçün seçki hüququ ilə bağlı maarifləndirici seminar keçirilmişdir

29 Yanvar, 2024

OYU-da ilk dəfə səs verəcək tələbələrimiz üçün seçki hüququ ilə bağlı maarifləndirici seminar keçirilmişdir
Odlar Yurdu Universitetində (OYU) növbədənkənar Prezident seçkilərində ilk dəfə səs verəcək tələbələrimiz üçün seçki hüququ ilə bağlı növbəti, maarifləndirici seminar keçirilmişdir.
Seminar universitetimizin Tələbə Gənclər Təşkilatının (TGT) təşkilatçılığı ilə gerçəkləşmişdir.
Maarifləndirici seminarda Odlar Yurdu Universitetinin Tədrisin təşkili və yeni təlim texnologiyaları üzrə prorektoru, dos. Qabil Qafarov, OYU Tələbə Gənclər Təşkilatının sədri Sevgiyyə Əlizadə, Bakı şəhəri, Nərimanov rayon 20 saylı 2-ci Dairə Seçki Komissiyasının sədri Musa Musayev, katib Ələkbər Quliyev və universitetimizin tələbələri iştirak etmişlər.
Tədbirdə Bakı şəhəri, Nərimanov rayon 20 saylı 2-ci Dairə Seçki Komissiyasının nümayəndələri tərəfindən tələbələrimizə səsvermə proseduru, seçki gününədək və seçkilər zamanı bilməli olduqları zəruri hüquqi məsələlər izah olunmuş və tələbələri maraqlandıran suallar ətraflı cavablandırılmışdır.
Qeyd edək ki, seminarın keçirilməsində əsas məqsəd seçki sistemi, seçicinin hüquq və vəzifələri barədə gənclərin maarifləndirilməsi, habelə baş tutacaq seçkilərdə ilk dəfə seçici kimi iştirak edəcək tələbələrin məlumatlılıq səviyyəsinin və seçici fəallığının artırılmasıdır.