OYU-da “Azərbaycan Gəncləri Günü”nə həsr olunmuş konfrans baş tutmuşdur

03 Fevral, 2024

OYU-da “Azərbaycan Gəncləri Günü”nə həsr olunmuş konfrans baş tutmuşdur
Odlar Yurdu Universitetində “Azərbaycan Gəncləri Günü”nə həsr olunmuş konfrans keçirilmişdir.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlamışdır. Daha sonra Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Tədbirdə giriş sözü ilə çıxış edən Odlar Yurdu Universitetinin Tədrisin təşkili və yeni təlim texnologiyaları üzrə prorektoru, dos. Qabil Qafarov bayram münasibətilə gəncləri təbrik etmiş və çıxışında vurğulamışdır ki, ölkəmizdə gənc nəslin mənəvi-ideoloji, fiziki tərbiyəsinə, onların sağlamlığının qorunmasına xüsusi qayğı ilə yanaşılır. Azərbaycanın qüdrətli dövlətə çevrilməsi naminə gənclərin imkanlarından daha səmərəli istifadə edilməsi, həmçinin bunun üçün əlverişli şəraitin yaradılması Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi dövlət gənclər siyasətinin əsasını təşkil edir. Əsası Ümummilli Lider tərəfindən qoyulmuş dövlət gənclər siyasətinin hazırda Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, ölkə gəncləri ictimai-siyasi, sosial-mədəni və digər sahələrdə fəal iştirak edirlər.
Daha sonra 2 Fevral-Azərbaycan Gəncləri Gününə həsr olunmuş video-çarx təqdim olunmuşdur.
Tədbirdə Odlar Yurdu Universitetinin əməkdaşları tərəfindən klassik musiqiyə aid nümunələr ifa olunmuşdur.
Tədbirin sonunda universitetin ictimai həyatında fəal iştirak edən bir qrup tələbə fəxri fərmanla təltif olunmuşdur.
Qeyd edək ki, konfransda Odlar Yurdu Universitetin prorektorları, kafedra müdirləri, professor-müəllim heyəti və tələbələri iştirak etmişlər.