Xalq şairi Vahid Əziz OYU tələbələri ilə görüşmüşdür

19 Fevral, 2024

Xalq şairi Vahid Əziz OYU tələbələri ilə görüşmüşdür

Odlar Yurdu Universitetinin Tələbə Elmi Cəmiyyətinin nəzdində fəaliyyət göstərən “Yazarlar və Ədəbiyyat” dərnəyinin üzvləri Xalq Şairi Vahid Əziz ilə təşkil olunan görüşdə iştirak etmişlər.
Görüşdə Xalq Şairi Vahid Əzizin həyat və yaradıcılığına həsr olunmuş videoçarx nümayiş olunmuşdur.
Gecədə Odlar Yurdu Universitetinin tələbələri Xalq Şairi Vahid Əzizin şeirlərini səsləndirmişlər. Sonra Xalq şairi tələbələrin suallarını cavablandırmışdır. Görüş poeziya mövzusunda səmimi müzakirələrlə davam etmişdir.
Tədbirin sonunda məşhur şairlə ilə imza mərasimi keçirilmiş və xatirə şəkilləri çəkilmişdir.